Paketlərimizə daxil edilən xidmətlər

Bizdən hostinq əldə edən hər kəs pulsuz  DDoS hücumlardan qorumaya kimi əlavə xüsusiyyətlər ilə təmin edilir.

Veb saytınıza aid hər bir faylın ehtiyat nüsxəsini yaradırıq və məlumatlarınız hər hansı bir səbəbdən itdiyi halda, onları tam bərpa etmək imkanımız var.

Saytlarınızı, serverlərinizi və IT infrastrukturunuzu DDoS hücumlardan qorumaq üçün ən son avadanlıqları və texnologiyaları istifadə edirik. Sistemimiz avtomatik olaraq bir çox hücumları əvvəlcədən aşkar edib onları dərhal ləğv edir. 

Designgroup sizə spamdan qorunmaq üçün ən müasir anti-spam həllərini təklif edir və filterləmə və spam identifikasiya alətlərindən istifadə edərək, spam məktubların poçtunuza daxil olmasını istisna edir. Anti-Spam filtr e-poçtunuzu spamdan, fişinq hücumlarından, ziyanverici proqramlardan və viruslardan qorumaq üçün skan edib, arzuolunmaz e-poçt məktublarından xilas edir.

Mükəmməl səviyyədə təşkil edilmiş dəstək mərkəzimiz 24/7 mövcuddur. Suallarınıza ən qısa zamanda cavab almaq üçün “Qaynar whatsapp xətti” vasitəsilə əlaqə saxlamaq kifayətdir. 

SSL- sertifikatlar internetdə məlumatların şifrələnməsini təmin edərək onların veb-serverdən brauzerə təhlükəsiz şəkildə ötürülməsinə icazə verir. SSL ilə veb saytınız https protokolundan istifadə edir və brauzerdə əlaqənin təhlükəsiz olduğunu bildirən qıfıl işarəsini əks etdirir.

Sizi etibarlı və sürətli şəbəkə ilə təmin edirik. Yüksək keyfiyyətli server avadanlığı sayəsində serverlərimizin hər biri  üçün 99,9% uptime zəmanəti təmin edirik.

Hostinq Paketlərimiz

Bizim Partnyorlar