Saytların tərcüməsi sadəcə tərcümə deyil, eyni zamanda texniki bir işdir.

Sərhəd tanımayan internet şəbəkəsi xüsusəndə son 10 ildə biznes, sosial, mətbuat və digər sahələrdə inqilabi dəyişikliklər yaradıb. Müasir biznesi artıq internetsiz təsəvvür etmək mümkün deyil. Bütün dünyada olduğu kimi ölkəmizdə də məhsul və xidmət satışları zaman keçdikcə daha çox internet saytları və sosial şəbəkə platformaları üzərindən edilir. Daha çox satış etmək, xarici ölkələrdə də məhsulları tanıtmaq üçün saytın bir neçə dildə olması zərurətə çevrilir. Xüsusəndə rus və ingilis dilində səhifələrin olması vacib sayılır. Bundan başqa satış istiqaməti və məhsula görə digər dillər – fars, ərəb, fransız, italyan və s. də ola bilər.
Saytların yaradılması ilə məşğul olan peşəkarlar daha yaxşı bilirlər ki, saytın bir neçə dildə olması, hər bir dildə səhifələrin yaradılması, məzmunun tərcümə edilməsi və yerləşdirilməsi əziyyətli və bacarıq tələb edən işdir.
Şirkətimiz saytların tərcüməsi ilə yanaşı, tərcümə olunmuş mətnlərin yerləşdirilməsi, həmçinin sayta yeni dilin əlavə olunması xidmətlərinidə təklif edir. İstəyinizə uyğun olaraq tərcümə olunmuş dildə olacaq bütün səhifələriniz Google, Yandex, Bing və s. axtarış motorları üçün optimallaşdırılaraq axtarış zamanı ilk səhifələrə çıxarılması təmin oluna bilər. SEO (Search Engine Optimization) işləri bizim tərəfimizdən peşəkar bir xidmət kimi hər bir dil üzrə göstərilə bilər.