İnternetin sürətli inkişafı hər bir şəxsə, şirkətə veb servislərə ehtiyac yaradır. Veb saytlar, mobil tətbiqetmələr, online xidmətlər artdıqca Veb Proqramçılara da tələb artır. Dünyanın hər yerində peşəkar Veb Proqramçılara ehtiyac var. Remote, freelance işləmək imkanları isə digər sahələrə görə daha çoxdur.

Peşəkar müəllimlər, mentorlar ilə birlikdə beynəlxalq standartlara uyğun ödənişli dərslərimizlə yanaşı, pulsuz video dərslərimiz, məqalələrimizlə ilkin veb proqramlaşdırma biliklərini qazana bilərsiz:

Təhsilindən, ixtisasından və peşəsindən asılı olmayaraq, həvəsli olan hər kəsin öyrənə biləcəyi tədris təklif edirik. Kurs həm sıfırdan başlayanlar, həm də baza biliklərə malik şəxslər üçün tərtib olunmuşdur.

Veb proqramlaşdırma üzrə frontend tədris müddəti 3 aydır. Dərslər həftədə 2 dəfə olmaqlahər dərs 2 saat keçirilir.

Bu müddət ərzində Frontend (HTML / CSS / Bootstrap / JavaScript / React) kimi web proqramlaşdırma texnologiyaları və dilləri öyrənməklə, real layihələrdə fərdi və qrup şəklində çalışaraq yeni təcrübə və tanışlar qazanacaqsız.

Veb proqramlaşdırma kursları real iş mühitində istifadə olunan layihələr üzərində tədris olunur. Bu səbəbdən, siz təhsil müddəti boyunca portfolio yığmış olacaq və müxtəlif çətinlikli veb proyektlərin hazırlanmasını öyrənəcəksiz. Beləliklə, işləməyə tam hazır kadr olacaqsız.

Bundan əlavə CV-lərin hazırlanması, iş müsahibələrinə hazırlıq kimi məqamlar üzrə də köməklik göstəriləcək.