Axtarış sistemlərinin optimizasiyası – Saytın təbliği məqsədilə axtarış sistemlərində saytın mövqelərini yüksəltmək üçün görülən tədbirlər kompleksidir.

SEO optimizasiya xidmətinin icra olunması bir neçə mərhələdən ibarət olmaqla ilk növbədə potensial müştəri kütləsinin targetinginə – yaş, ərazi, maraqlar üzrə əsaslanır. Növbəti mərhələdə isə doğru açar sözlərlə işləmək müsbət nəticələr almaq üçün çox önəmlidir. Məhsul və xidmətlərinizlə bağlı açar sözləri analiz edərək düzgün hədəf kütləsi seçməklə daha çox potensial müştəriyə çatmağınıza imkan yaradırıq .

Saytım nə qədər müddətə Google-da ön sıraya gələcək?

Aparılan SEO optimizasiya işlərindən təxmini 3 ay sonra nəticə əldə olunur. 3 aydan sonra siz öz saytınızı artıq Google-un ön səhifələrində görə bilərsiniz.

SEO Xidmətinin qiyməti neçəyədir?

Qiymət sektor və saytın tipindən asılı olaraq individual təyin olunur. Buna görə də ətraflı analiz edilib, araşdırmalar aparılandan sonra qiymət təyin edilir.